Kriptovalyutanın bilmədiyimiz təhlükələri nələrdir?

Kriptovalyutanın bilmədiyimiz təhlükələri nələrdir?
Kaspersky şirkəti insanların kriptovalyutalara münasibəti ilə bağlı araşdırma aparıb. 
Araşdırmalar nəticəsində məlum olub ki, respondentlərin demək olar ki, yarısı (48%) qeyri-sabitlikdən qorxaraq rəqəmsal puldan imtina edib. 
Üstəlik, respondentlərin 10%-i artıq aktivlərini itirdiyini və nəticədə investisiyalardan imtina etdiyini açıqlayıblar. Kriptovalyuta sahibi olmayan respondentlərin 61%-i vəsait itirmək riski səbəbindən ondan istifadə etməyi düşünmədiyini bildiriblər.
Həmçinin respondentlərin 14%-i kriptovalyutanın dəyərinin heç bir maddi aktivlə təmin edilməməsindən narahatdırlar, respondentlərin 6%-i isə kiberhücumlar nəticəsində şəxsi məlumatların sızması risklərindən qorxurlar.
Kriptovalyutaların üstünlüklərindən təhlükəsiz istifadə etmək üçün bu qaydalara əməl etməliyik:
• hər bir hesab üçün güclü, unikal şifrələrdən istifadə edin, bununla hesabınızın sındırılmasının qarşısını ala bilərsiniz;
• şübhəli e-poçt və linklərdən ehtiyatlı olun: fişinq hücumçularının köməyi ilə təcavüzkarlar qurbanları şəxsi hesab və ya şəxsi məlumatlara giriş üçün hesab məlumatlarını ötürməyə inandırmağa çalışırlar;
• kriptocüzdanınızın kilidini açmaq üçün itifadə etdiyiniz şəxsi açarlarınızı heç kimlə paylaşmayın;
• rəqəmsal savadlılığa diqqət yetirin: mövcud kibertəhlükələrdən və kriptovalyutadan qorunma təcrübələrindən xəbərdar olun. Mümkün aldatma sxemləri haqqında nə qədər çox bilsəniz, onlara qarşı daha yaxşı mübarizə apara biləcəksiniz;
• bütün cihazlarda etibarlı təhlükəsizlik həlli quraşdırın. Məsələn, Kaspersky məhsulları kriptovalyutalarla bağlı təhlükələrin, o cümlədən kriptovalyuta mədənçiliyi üçün kompüterin icazəsiz istifadənin qarşısını alır.
Gundelik-Baku.Org