İran rejiminin öldürülənlərin sayı: 71-i uşaqdır - STATİSTİKA

İran rejiminin öldürülənlərin sayı: 71-i uşaqdır - STATİSTİKA
İran İnsan Haqları Təşkilatı 4 aydan çoxdur davam edən etiraz aksiyalarında hökumət qüvvələrinin öldürdüyü və kimliyi təsdiq olunan ölü sayının 525 nəfər olduğunu açıqlayıb.
"MOUZE" teleqram kanalı xəbər verir ki, ölənlərdən 71-i uşaqdır.
Ümumilikdə, repressiv qüvvələr tərəfindən öldürülənlərin, edama məhkum olunan və həbs edilənlərin son statistikasını təqdim edirik:
İranda davam edən nümayişlərdə 71-i uşaq olmaqla 525 nəfər röldürülüb;
68 nəfər hökumət qüvvələrinin təmsilçisi öldürülüb;
18 yaşdan aşağı həbs olunanların sayı 168-dir;
19.571 nəfərin tutulub, onlardan 714 nəfəri tələbədir; 
Şəxsiyyəti təyin olunanlar 5029 nəfərdir;
Etirazlara görə 736 nəfər məhkum edilib;
Ümumilikdə, həbs cəzalarının sayı 12318-dir;
Ölüm hökmü verilənlər 110 nəfərdir.
Habelə, bu müddət ərzində 164 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı 1260 nümayişlər keçirib və 144 universitetin tələbəsi bu etirazları dəstəkləyiblər.
Gundelik-Baku.Org