İrandakı etirazlarda 524 nəfər həlak olub

İrandakı etirazlarda 524 nəfər həlak olub
İranda ümumxalq etirazlarında bu günədək 524 nəfər həlak olub
Bu barədə İran Hüquq Müdafiəçiləri Təşkilatı məlumat yayıb.
Bildirib ki, ölənlərdən 71-i yaşları 18-dən az olan şəxslərdir.
Qeyd edilib ki, ötən ilin sentyabrın 17-dən aparılan hesablamaya görə, 19 401 nəfər həbs olunub. Onlardan 4 973 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 713 nəfər tələbədir. 
Məlumata görə, ölkənin 164 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 68 nümayəndəsi öldürülüb. 
Gundelik-Baku.Org