Colinin fondu borclarına görə bağlanır

Colinin fondu borclarına görə bağlanır
Aktrisa Ancelina Colinin qadınlara qarşı zorakılıqla mübarizə xeyriyyə təşkilatı bağlanır.
Xarici mətbuatda yer alan məlumatlara görə, buna səbəb maliyyət problemləridir.
Qeyd edək ki, fond 2015-ci ildə Hollivud ulduzu Baronessa Arminka Helich və keçmiş Mühafizəkarların lideri Uilyam Heyq tərəfindən yaradılıb. Məlumatlara görə, Coli yarandığı gündən təşkilata 1,7 milyon funt sterlinq ( təxminən 4 milyon manat) sərmayə qoyub. Hazırda sənətçinin kreditorlara borcu olduğu bildirilir.

Gundelik-Baku.Org