Təbrizdə daha bir milli fəal həbs edildi

Təbrizdə daha bir milli fəal həbs edildi
Təbrizdə daha bir milli fəal saxlanılıb.

"MOUZE" teleqram kanalı xəbər verir ki, Təbrizdə yaşayan milli fəal Əmir Səttari yanvarın 17-də həbs edilib.

Əmir Səttari daha öncə Təbriz 2-ci Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən "sosial mediada telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək" ittihamı ilə günahkar bilinərək 91 gün həbs cəzası və 4 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi.

Əmir Səttari ötən il avqustun 11-də Təbrizin mərkəzi zindanına köçürülmüş və 15 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.
Gundelik-Baku.Org