FTX-nin qurucusu 250 milyon dollar girov müqabilində sərbəst buraxıldı

FTX-nin qurucusu 250 milyon dollar girov müqabilində sərbəst buraxıldı
FTX-nin qurucusu və keçmiş baş direktoru, dələduzluqda təqsirləndirilən Sam Bankman-Fried 250 milyon dollar girov müqabilində sərbəst buraxılıb.
Xarici KİV xəbər verir ki, Nyu-York Cənub Dairə Məhkəməsinin hakimi Qabriel Qorenşteyn müdafiə vəkilləri ilə federal prokurorlar arasında razılıq əldə edildikdən sonra hökmü elan edib. 
Qərara uyğun olaraq, fırıldaqçılıq və çirkli pulların yuyulması da daxil olmaqla 8 cinayətdən mühakimə olunan Bankman-Fried məhkəməyə qədər 250 milyon dollar girov qarşılığında sərbəst buraxılıb.
Gundelik-Baku.Org