Polislər maaşlarına görə aksiyaya başladılar

Polislər maaşlarına görə aksiyaya başladılar
Belçikada polislər aksiyaya başlayıb.
Xarici media xəbər verir ki, paytaxt Brüsseldə Federal Polis Mərkəzinin qarşısına 300 polis etiraz üçün toplaşıb. Onların tələbi maaş artımı ilə bağlıdır.
Məlumata görə, polislər aksiya keçirilən küçəni hərəkət üçün bağlayıblar. Aksiyaya çoxlu sayda motosikletli və piyada polislər qatılıb.
Etirazların səbəblərinə həmçinin uzun illərdir polis maaşlarının artmaması, onların pensiya yaşlarının yuxarı olması da daxildir.
Gundelik-Baku.Org