"Qarabağa alternativ yol çəkilməsi o qədər də sadə deyil" - Paşinyan

"Qarabağa alternativ yol çəkilməsi o qədər də sadə deyil" - Paşinyan
Qarabağı Ermənistanla birləşdirən alternativ yolun tikintisi ssenarisi var idi, amma reallıq o qədər də sadə deyil.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.
"Belə bir ssenari var idi. Biz bu istiqamətdə işləmişik, amma yer üzündə reallıq o qədər də sadə deyil. Yəni kim dedi ki, eyni alternativ yola zəmanət verilir, kim deyə bilər ki, yol ancaq orda bağlana bilər, bir kilometr uzaqda bağlana bilməz? Ermənistan Dağlıq Qarabağa 170 milyard dramla (təxminən 75 milyon manat) birbaşa maliyyə ayırıb", - Paşinyan bildirib.
Gundelik-Baku.Org