Xalq artisti itkin düşdü

Xalq artisti itkin düşdü
Rusiyanın Xalq artisti, aktrisa Tatyana Kravçenko itkin düşüb.
Bu barədə Rusiya saytları məlumat yayıb. Bildirilir ki, aktrisa iki gün əvvəl baş rolunda ifa etdiyi tamaşaya gəlməyib.
Bundan başqa, onun həmkarı Stas Sadalski açıqlamasında deyib ki, aktrisa nə zənglərə cavab verir, nə də ondan bir xəbər var.
Qeyd edək ki, 69 yaşlı Tatyana Kravçenkonun aktyor dostu Ruslan Xasbulatovun vəfatından sonra səhhətinin pisləşdiyi və səhnəyə çıxmaqdan imtina etdiyi iddia olunur.
Gundelik-Baku.Org