Peskov Sergey Lavrovun istefası haqda xəbərlərə münasibət bildirdi

Peskov Sergey Lavrovun istefası haqda xəbərlərə münasibət bildirdi
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin xarici işlər naziri Sergey Lavrovun istefa verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
O, xəbəri təkzib edərək deyib:  “Ənənəvi olaraq sizə cavab verəcəyəm - bu cür məlumatlara şayiə kimi yanaşın”.
Qeyd edək ki, bu gün Rusiyanın bəzi “Telegram” kanallarında Rusiyanın XİN rəhbəri Sergey Lavrovun mümkün istefası ilə bağlı məlumat yayılıb.
Mənbə: TASS
Gundelik-Baku.Org