Sui-qəsddə öldürülən eks-nazirin dəfn mərasimi keçirilir

Sui-qəsddə öldürülən eks-nazirin dəfn mərasimi keçirilir
Yaponiyada ölkənin keçmiş Baş naziri Şinzo Abe üçün dövlət səviyyəsində dəfn mərasimi başlayıb.
Xarici KİV xəbər verir ki, mərasim Tokioda “Budokan” idman-konsert kompleksində keçirilir. 
Dörd mindən çox insan siyasətçi ilə vidalaşmağa gəlib. Onlar arasında ABŞ-ın vitse-prezidenti Kamala Harris, Hindistanın Baş naziri Narendra Modi və digər xarici siyasətçilər də var.
Xatırladaq ki, Şinzo Abe iyulun 8-i Nara şəhərində çıxışı zamanı güllələnib. Abenin cəsədi kremasiya (yandırılıb - red.) olunub. 
Gundelik-Baku.Org