SEPAH-ın komandiri Tehranda öldürüldü

SEPAH-ın komandiri Tehranda öldürüldü
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçisi Tehranda öldürülüb. 
İran KİV-ləri xəbər verir ki, Qasim Fətullahi çərşənbə axşamı gecə qətl edilib. 
O, SEPAH-ın Məhəmməd Rəsulullah Qüvvələri Korpusunun üzvü, SEPAH-ın Bəsic Könüllü Qüvvələrinin komandiri idi.
Məlumata görə, hücum Tehranda hərbçinin yaşayış binasının qarşısında baş verib.
Gundelik-Baku.Org