SEPAH-ın təcridxanasında etnik bəluc uşaqlara təcavüz edilib

SEPAH-ın təcridxanasında etnik bəluc uşaqlara təcavüz edilib
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH-ın) təcridxanasında ən azı yeddi etnik bəluc uşağa təcavüz edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Bəluc xalqının milli fəalları bununla əlaqədar etiraz kampaniyası başladıblar.
Cümə günü kimlik sənədi olmadan saxlanılan yeddi etnik bəluc uşaq Zahedan şəhərindəki təcridxanalardan birində SEPAH-ın kəşfiyyat qüvvələri tərəfindən cinsi təcavüzə məruz qalıb.
Uşaqların sözlərinə görə, SEPAH-ın kəşfiyyat qüvvələri bir-biri ilə ərəb dilində danışırlar.
Qeyd edək ki, molla rejiminin qorxunc həbsxanalarında uşaq və qadınların zorlanması hər zaman gündəmdə olub.
Gundelik-Baku.Org