Rusiyada vulkan püskürdü

Rusiyada vulkan püskürdü
Yanvarın 5-də Rusiyanın Kamçatka bölgəsindəki Şiveluç vulkanı püskürüb. 
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dağın hündürlüyü 3283 metrdir. O, 7,5 min metr hündürlüyə qədər kül püskürüb. 
Hazırda yaşayış məntəqələrinə kül tökülməsi qeydə alınmayıb. Vulkanın ərazisində turist qrupları yoxdur.
Gundelik-Baku.Org