“The Grey Man”in davamı çəkiləcək

“The Grey Man”in davamı çəkiləcək
“Netflix” platforması Russo qardaşlarının Rayan Qoslinq və Kris Evans ilə birlikdə “The Grey Man” filminin davamının olacağını bildirib.
Ekran işinin müəllifləri Co və Entoni Russo olacaq.
“Filmdə çoxlu heyrətamiz personajlarla filmin davamının olmasını istəyirdik. “Netflix” Rayanın baş rolda oynadığı françayzinqin davamını elan etdiyi üçün çox şadıq”, - deyə, Russo qardaşları bildiriblər.
Qeyd edək ki, ekran işi ingilis dilində ən çox baxılan bədii filmlər siyahısına başçılıq edir.
Gundelik-Baku.Org