Litva 8 HIMARS-ı 495 milyon dollara aldı

Litva 8 HIMARS-ı 495 milyon dollara aldı
Litva ABŞ-la ilkin qiyməti 495 milyon ABŞ dolları olan 8 HIMARS mobil raket kompleksinin alınmasına dair müqavilə imzalayıb.
Bu barədə LRT məlumat yayıb.
Pentaqonda ABŞ müdafiə naziri Lloyd Ostin tərəfindən qəbul edilən Litvanın müdafiə naziri Arvydas Anusauskas “Bu, ordumuz üçün çox böyük addımdır... Bu, Litva ordusunun imkanlarını əsaslı şəkildə dəyişdirən bir alışdır”, - deyə  bildirib. 
Litva HIMARS sistemlərini, onların sursatlarını, sistemləri saxlamaq üçün avadanlıq və onlardan istifadə üçün təlim xidmətləri alır. Satınalmalar ABŞ silah sənayesində özəl istehsalçılardan sifarişlər verən ABŞ hökuməti vasitəsilə həyata keçirilir. 
Gundelik-Baku.Org