Litva rus diplomatını ölkədən çıxarır

Litva rus diplomatını ölkədən çıxarır
Litva Rusiyanın Vilnüsdəki səfirliyindəki diplomatını persona non-qrata elan edib.
Litva Xarici İşlər Nazirliyi xəbər verir ki, o, diplomatik statusu ilə bir araya sığmayan fəaliyyətə görə ölkədən xaric edilib. 
Bəyanatda Rusiyanın Vilnüsdəki səfirliyinin nümayəndəsinin Xarici İşlər Nazirliyinə çağırıldığı və Rusiya səfirliyində çalışan diplomatın persona non-qrata elan edildiyi bildirilib.
Açıqlamada sözügedən rus diplomata ölkəni tərk etmək üçün 5 gün vaxt verildiyi deyilir. 
Gundelik-Baku.Org