Əkizlər Mabelin klipini təkrarladılar

Əkizlər Mabelin klipini təkrarladılar
Müğənnilər Sevil və Sevinc Səfərovalar “Dəymə-dəymə” adlı xalq mahnısına yenidən həyat veriblər.
OLAY yazır ki, sənətçilər layihə üçün DJ Roşka ilə kamera qarşısına da keçib. Lakin müğənnilərin yeni işi türk həmkarları Mabel Matizin “Karakol” klipi ilə bənzərlik təşkil edib.
Ekran işindəki bəzi səhnələrdə “Karakol”dan ilham alınıb. Sözügedən klipi Xəyal Hüseyn ekranlaşdırıb.
Gundelik-Baku.Org