Natavan instaqramını yenidən bərpa edir

Natavan instaqramını yenidən bərpa edir
Müğənni Natavan Həbibi instaqram hesabında dəyişiklik edib.
OLAY yazır ki, sənətçi bir müddət əvvəl profilini sıfırlayaraq, təkcə bacısı qızını izləməyə alıb.
Hazırda isə Həbibi 13 nəfəri “follow” edir.

Onun izlədikləri arasında Faiq Ağayev, Murad Arif, Nigar Camal kimi müğənnilər yer alır.
Hətta Murad sosial şəbəkə hesabında Natavanın ona “follow” atdığı bildirişi paylaşaraq, “Hələ indi? Burada deyərlər ki, sabahın xeyir, ay Nata”, - deyə, qeyd edib.
Gundelik-Baku.Org