Nazir Mehriban Vəliyevanı işdən çıxardı

Nazir Mehriban Vəliyevanı işdən çıxardı
Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva vəzifəsindən azad edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil naziri Emin Əmrullayev əmr imalayıb.

M. Vəliyeva 1964-cü ildə Bakı şəhərində anadan olub.


O təhsil nazirinin əmri ilə 2020-ci il 11 dekabr tarixindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində fəaliyyət göstərirdi. O, bir sıra dərslik, dərs vəsaiti və məqalələrin müəllifidir.

Yeni Azərbaycan Partiyasının və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.
Gundelik-Baku.Org