"Uşağın günahı yoxdur ki, ona yaşlı müəllim dərs deyir" - Təhsil naziri

"Uşağın günahı yoxdur ki, ona yaşlı müəllim dərs deyir" - Təhsil naziri
"Bizə əsas irad yaşlı müəllimlərlə bağlıdır. Sertifikasiyada 1653 müəllimin yaşı 60-dan yuxarı idi".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Nazir bildirib ki, əsasən bölgələrdə yaşlı müəllimlərin İKT bacarığı aşağıdır.
“Amma uşağın qətiyyən günahı yoxdur ki, ona yaşlı müəllim dərs deyir. Onların gələcək həyatınl İKT-siz təsəvvür etmək olmur. 25-29 yaşlı müəllimlərin arasında cəmi 3 nəfər 30-40 bal yığıb, əksəriyyət yüksək bal toplayıb. Yəni, gələn nəsil öz fənnini daha yaxşı bilir".
Gundelik-Baku.Org