Koronavirus meyitlərdə neçə gün aktiv qalır?

Koronavirus meyitlərdə neçə gün aktiv qalır?
Koronavirus infeksiyasının insan öldükdən sonra belə meyitlərdə bir müddət aktiv olduğu müəyyənləşib.
Bu barədə “The New York Times“ qəzeti məlumat yayıb.
Mütəxəssislər ölümdən sonra 17 gün ərzində cəsədlərdə COVİD-19 infeksiyasının izlərinin qaldığını aşkar ediblər. Həmçinin, yapon alimləri də heyvanlar üzərində təcrübə aparıblar. Bu zaman ölü cəsədlərdə xeyli miqdarda yoluxucu virusların qaldığı məlum olub.
Alimlər onu da qeyd edib ki, insanlar arasında virusa yoluxma riski meyitlərdəkindən qat-qat yüksəkdir.
Gundelik-Baku.Org