Naxçıvan Ali Məhkəməsinə iki yeni hakim təyin ediləcək

Naxçıvan Ali Məhkəməsinə iki yeni hakim təyin ediləcək
Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinə iki yeni hakim təyin ediləcək.
Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişikliklə, Naxçıvan Muxtar Respubliaksının Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəylərli Səxavət Şahhüseyh oğlu və Naxçıvan Muxtar Respubliaksının İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.
Layihə parlamentin plenar iclasına tövsiyə olunub.
Gundelik-Baku.Org