İbrahim Borçalı avtomobilinin yandığını açıqladı

İbrahim Borçalı avtomobilinin yandığını açıqladı
Müğənni İbrahim Borçalı avtomobilinin yandığını açıqlayıb.
Bu haqda sənətçi “7 Canlı” verilişinə qonaq olarkən danışıb.
O, bildirib ki, hadisə Gürcüstandan gələn vaxt baş verib:
“Bundan öncə Gürcüstana gedəndə dostumun oğlu ilə qəza keçirdim, onu heç kim, media bilmədi. Bu dəfə isə gələndə avtomobilin mühərriki hərəkət zamanı alışaraq yandı, zorla qurtardım”, - deyə, Borçalı qeyd edib.
Gundelik-Baku.Org