Bakının bu ünvanında bina söküləcək

Bakının bu ünvanında bina söküləcək
Bakının Xətai rayonu, Zığ şosesi, 7-ci binada ağır vəziyyət yaranıb. 
ATV xəbər bildirir ki, həmin ünvandakı bina qəzalı vəziyyətdədir. Burada yaşayan 60 ailə binanın hər an çökəcəyindən ehtiyat edirlər.
Binanın aid olduğu 133 saylı MİS-dən verilən məlumata görə, həmin ünvanda yaşayan ailələrin mərhələli şəkildə köçürülməsi nəzərdə tutulub. Toxuculuq Kombinatının balansında olmuş bina söküləcək ünvanlar siyahısına salınıb.  




Gundelik-Baku.Org