Elman Nəsiov: “Azərbaycanın Putinə xeyli iradı var”

Elman Nəsiov: “Azərbaycanın Putinə xeyli iradı var”
Xəbər verdiyimiz kimi, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarıının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər. 
Etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Məlumata görə, Xankəndinə gedən yol yüzlərlə QHT nümayəndəsinin iştirakı ilə bağlanılib. Hazırda yolun üstündə 3 çadır qurulub. “Tələbələrimiz yerinə yetirilməyincə yolu acmayacağıq. Tələblərimiz ekoloji terrorun dayandırılmasıdır”,- deyə QHT nümayəndələri paylaşım ediblər. 
Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. 
Cebhe.info-ya açıqlamasında millət vəkili Elman Nəsirov bildirib ki, 2020- ci ilin 10 noyabr Bəyanatının ən mühüm bəndlərindən birinin icrası ilə Rusiya sülhməramlı qüvvələrinin Qarabağa gətirilməsi gerçəkləşdirildi, qeyri- qanuni erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması isə baş vermədi: 

"Bu gün Rusiya sülhməramlı qüvvələri ilə bağlı Azərbaycan ictimaiyyətinin  narazılığının kökündə əsas bu məsələ dayanır. Rusiya sülhməramlıları erməni seperatçılarının hərəkətlərini ən yaxşı halda kənardan müşahidəçi statusunda izləyirlər. Ruslar onlara yardım edir, fəaliyyəti üçün imkanlar açır, münbit şərait yaradırlar. Bu da regionda çox arzulanan sülhün əldə edilməsi üçün əngələ çevrilir. 
Qarabağda ermənilər sülhməramlıların müvəqqəti nəzarət zonasında bizim təbii sərvətlərimizin qeyri- qanuni istismarı ilə məşğul olurlar. Ekoloji baxımdan ciddi fəlakətlərə gətirib çıxara biləcək addımlar atırlar. Bunun qarşısının alınması üçün əldə edilmiş razılaşmaya görə, müafiq qurumların nümayəndləri həmin ərazidə oldular. Faktiki olaraq bizim nümayəndə heyətinin təhlükəsizliyi üçün çox ciddi təhdid yarandı. Rusiya sülhməramlı qüvvələri bu baxımdan üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədilər. Eyni zamanda, seperatçı rejimin “dövlət naziri” Ruben Vardanyanın üzə çıxmasına şərait yaratdılar. Azərbaycan nümayəndə heyəti haqlı olaraq onlarla heç bir danışıqlara getmədi. Ruben Vardanyan bu yaxınlardakı bəyənatlarının birində qeyd edir ki, o, heç bir zaman Qarabağı tərk etməyəcək, mütləq Qarabağın ayrıca “dövlət” olmasına nail olacaq. Vaxtilə Araik Haratyunyan kimilərini önə verirdilər, indi isə mülkü şəxsi, milyarder Vardanı qabağa verirlər. Rus sülhməramlı qüvvələrininin hazırkı fəaliyyəti çoxlu suallar yaradır". 
Deputat bildirib ki, azərbaycanlıların Qarabağa getdiyi dönəmdə rus sülhməramlıları onların təhlükəsizliyinə tam təminat yaratmalıdırlar: 
"İkincisi, sülhməramlılar seperatçı rejimin tör- töküntülərinin gəlib Azərbaycan tərəfi ilə danışıqlar aparmasına imkan verməməlidirlər. Bunun üçün əldə olan sənədin 4- cü bəndi həyata keçirməlidir. Bir erməni də Qarabağda qalmamalıdır. Bütün dünya Rusiyaya qarşı müharibə vəziyyətindədir, barmaqların sayı qədər bu dövlətlə müttəfiq olan, sanksyaya qoşulmayan dövlətlər var. O dövlətlərin biri də Azərbaycandır. Belə olan vəziyyətdə Azərbaycanı itirmək əhəmiyyətlidirmi? Mənə elə gəlir ki, bu sualın bir cavabı var". 
Parlement üzvü qeyd edib ki, bu ilin sonunda Sankt- Peterburqda MDB dövlət başçılarının görüşü gözlənilir və bu görüşdə Qarabağdakı sülhməramlıların vəzifələrinə yenidən baxılacaq: 
"Mənə elə gəlir ki, Azərbaycan tərəfinın Rusiyanın ali siyasi rəhbərliyinə deyəcəyi xeyli sözü, iradı var. İnanıram ki, Azərbaycanı itirməmək naminə müəyyən obyektiv addımlar atılacaq. Buna bir inanc hissi var. Sülhməramlıların Qarabağda qalması 2025- ci ilədək davam edəcək. Mənə elə gəlir ki, görüşdə sülhməramlılar nə ilə məşğul olmalıdır, əslində funksiyası nədir kimi məsələlər tam həllini tapmalıdır. Onlar öz işi ilə məşğul olsunlar".
Gundelik-Baku.Org