Azərbaycan Laçın dəhlizində gömrük postu quracaq

Azərbaycan Laçın dəhlizində gömrük postu quracaq
Şərti Azərbaycan-Ermənistan sərhədində gömrük məntəqəsi təchiz ediləcək. 
Bu barədə Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin komandanı Andrey Volkov açıqlayıb. 
Volkovun sözlərinə görə, Rusiya ilə razılaşdırma əsasında Azərbaycan tərəfi Laçın dəhlizində mini-gömrük postu quraşdıracaq: "Azərbaycan tərəfi ilə razılaşmışıq ki, mini gömrük postu quraq". 
Qeyd edək ki, sözügedən gömrük postu Laçın dəhlizindəki 1 nömrəli  buraxılış məntəqəsində, yəni şərti Azərbaycan-Ermənistan sərhədində yerləşən Həkəri çayı üzərində quraşdırılacaq. 
Müvafiq olaraq, Volkovun göstərdiyi gömrük məntəqəsi Azərbaycanın müvafiq dövlət strukturlarına tabe olacaq.
Gundelik-Baku.Org