623 illik yaşı olan Bursa məscidinin xalıları Azərbaycana göndərilib

623 illik yaşı olan Bursa məscidinin xalıları Azərbaycana göndərilib
Bursada yerləşən Ulu Məscidin 12 illik xalçaları dəyişdirilib.
Sondakika.com xəbər verir ki, yararlı vəziyyətdə olan köhnə xalçaların bir qismi Azərbaycana göndərilib.
Bildirilir ki, Bursa Ticarət və Sənaye Palatası və Ankara Ticarət Palatası Ulu Məscidin yeni xalçalarını tədarük edib. 
Qeyd edək ki, Ulu Məscid Osmanlı İmperatorluğunun dördüncü hökmdarı Yıldırım Bəyəzidin 1396-1399-cu illər arasında sifarişi ilə inşa edilib. Tikili Osmanlı sənətinin ən mühüm nümunəsidir və türk-İslam dünyasının ən nadir məscidləri sırasındadır.
Gundelik-Baku.Org