Mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü

Mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü
Dekabrın 9-da TÜRKSOY-un 2022-ci il “Bursa - Türk mədəniyyət paytaxtı ili”nin rəsmi bağlanış mərasimi keçirilib. Mərasimdə mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürülüb.
Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsi məlumat yayıb.
Bildirilib ki, simvol Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş tərəfindən təhvil verilib.




Gundelik-Baku.Org