Elnarə: “Kökəlmişəm, indi ən pik nöqtədəyəm“

Elnarə: “Kökəlmişəm, indi ən pik nöqtədəyəm“
Əməkdar artist Elnarə Abdullayeva arıq qalmağının sirrlərini bölüşüb.
ARB telekanalında yayımlanan “Söhbət var” verilişinin qonağı olan xanəndə hazırda kökəldiyini etiraf edib və kök insanlara məsləhət verib:
"Kökəlmişəm, indi ən pik nöqtədəyəm - 54 kilo. Əvvəl 40-42 kiloqram idim. 48 kiloqram oldum və ondan o tərəfə keçmədim. 39 kiloqram olduğum vaxtlar olub. Çox balaca və arıq idim. İndi 8-10 kilo kökəlmişəm.
Əvvəl yemirdim, pandemiyadan sonra həkimlər dedi yeyin kökəlin. Mən də yedim, kökəldim, 54 kilo oldum. İndi istəyirəm ki, heç olmasa 48 kiloqrama düşüm. Özünüz ağlınızda kəsin və arıqlayın. İnsan ağzına sahib çıxmalıdır".
Verilişdən həmin hissəyə 44-cü dəqiqədən etibarən baxa bilərsiniz:
 

 
Gundelik-Baku.Org