Bakıda qadınlara qənim kəsilən kişi TUTULDU

Bakıda qadınlara qənim kəsilən kişi TUTULDU
Bakıda 6 qadına qarşı soyğuçuluq edən şəxslər saxlanılıb. 
Daxil İşlər Nazirliyindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Bakı Metropolitenində və Səbail rayonu ərazisində 6 qadının ciblərindən və çantalarından mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər soyğunçuluq və quldurluğa görə məhkum olunmuş Rəfail Bəkirov və yeniyetmə qardaşı müəyyən olunaraq tutulub.
Araşdırma aparılır.
Gundelik-Baku.Org