“İstəməzdim analar mənim kimi gözüyaşlı qalsın”

“İstəməzdim analar mənim kimi gözüyaşlı qalsın”
"İki gün bundan qabaq danışdım dedi yaxşıyam”.

İTV xəbər verir ki, bu sözləri ötən gün qəzada həlak olan 3 hərbçimizdən biri olan Elgün Həsənovun anası deyib.

"Qəzaya düşdüyü gündən bir gün öncə axşam danışdım. Mənə heç bir söz demədi. Dedi ki, şkaflar sökülüb. "Ana içəridə şkafları düzəldirəm, narahat olma, yaxşıyam. Ola bilər 2-3 gün danışmayım, iş görürəm, işimiz ağırdır”.

Sonra zəng vurdular ki, vəziyyəti budur. İstəməzdim analar mənim kimi gözüyaşlı qalsın...”, - deyə hərbçinin anası bildirib.

Gundelik-Baku.Org