Bakının işıqsız işıqforları - Video

Bakının işıqsız işıqforları - Video
Bakı şəhəri, Xətai rayonunun bəzi küçələrində yerləşən işıqforlar aylardır işləmir.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Xudu Məmmədov və Məhəmməd Hadi küçələrindən gedir.
Sürücülər bildiriblər ki, işıqforlar dörd ay əvvəl quraşdırılıb, amma o vaxtdan bəri rənglərini görmək onlara hələ qismət olmayıb.
Qeyd edək ki, işləməyən işıqforlar tıxacların yaranmasına səbəb olmaqla yanaşı, həm sürücüləri, həm də piyadaları təhlükə ilə üz-üzə qoyur.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakının Xətai rayonunun Xudu Məmmədov və İlqar Zülfüqarov, Məhəmməd Hadi küçələrinin kəsişmələrində yeni işıqforların quraşdırılması yol hərəkətinin nizamlanması üçündür:
“Hazırda həmin yol kəsişmələrində işıqforların kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı iş aparılır. Bu işlər yekunlaşdıqdan sonra yol nişanları quraşdırılacaq və nişanlanma xətləri çəkilərək işıqforlar istifadəyə veriləcək”.
Ətraflı süjetdə:
Gundelik-Baku.Org