Bakı küçələrində qaçan camış HƏYACANI: Maşınları əzdi, həyətlərə hücum etdi - VİDEO

Bakı küçələrində qaçan camış HƏYACANI: Maşınları əzdi, həyətlərə hücum etdi - VİDEO
Bu gün Bakının Xətai rayonu ərazisində qəribə hadisə yaşanıb.
Səhər saat 4 radələrində sahibinin əlindən qaçmış camış ürkərək həyətlərə daxil olub, vətəndaşlara xeyli ziyan vurub.
Xətai rayonu, Mirzə Davud küçəsində qaçan camışı bir neçə saat şəhər küçələrində qovduqdan sonra tutmaq mümkün olub. Buna qədər o bir neçə avtomobilin güzgüsünü, həyətlərin qapılarını qırıb, həyətlərdə qoyulmuş əşyaları əzib.
Əldə etdiyimiz məlumata görə, həmin camış  kəsilib satılmaq məqsədilə ət alverçiləri tərəfindən şəhərə gətirilib.
 
 
Gundelik-Baku.Org