Müjgan Ayxan: Müğənni olmaq üçün səs yox, sponsor lazımdır

Müjgan Ayxan: Müğənni olmaq üçün səs yox, sponsor lazımdır
Model və "Rəisim" mahnısı ilə ifaçı kimi ulduzu parlayan Müjgan Ayxan yeni mahnısını təqdim edib.
Məşhur türk mahnısı "Artık sevmeyeceyim" mahnısına yeni nəfəs verən Müjgan "Show news" a verdiyi qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
O, müğənni olmaq üçün səsin lazım olmadığını bildirib:
"Bu gün müğənni olmaq üçün pullu sponsor lazımdır. Səs yox. İndi səsə ehtiyac yoxdur. Trenddə at oynadan heç kəsin səsi yoxdur. İçi mən qarışıq. Reallığı deməkdən çəkinmirəm. Bilirəm dediklərim kiminsə xoşuna gəlməyəcək, amma reallıq budur".
Gundelik-Baku.Org