76 yaşlı müğənni ƏRƏ GEDİR: Sevgilisinin 36 yaşı var

76 yaşlı müğənni ƏRƏ GEDİR: Sevgilisinin 36 yaşı var
Şer adı ilə tanınan erməni əsilli məşhur müğənni Şerilin Sarkisyan özündən 40 yaş kiçik sevgilisi, repçi Aleksandr Edvardsla evləndiyini açıqlayıb.
Lent.az xəbər verir ki, müğənni bu barədə "Twitter" hesabında məlumat yayıb. 
"Pop ilahəsi" adlandırılan ifaçı iri brilyant qaşlı üzüyünün fotosunu paylaşaraq "Artıq sözə ehtiyac yoxdur, Aleksandr", - o yazıb.
Qeyd edək ki, daha çox pop rok janrında ifa edən Şer həmçinin, "Mask", "The Player", "Faithful" və digər filmlərə çəkilib. 

Gundelik-Baku.Org