Şakiradan ayrılan Pike - ”Çox xoşbəxtəm”

Şakiradan ayrılan Pike - ”Çox xoşbəxtəm”
Ötən ilin yayında 12 illik sevgilisi və 2 övladının anası məşhur müğənni Şakira ilə ayrılan məşhur futbolçu Jerar Pike açıqlaması ilə diqqət çəkib.
“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki, İspaniya mətbuatına açıqlama verən Pike, "Özümə qarşı dürüst olmaq istəyirəm. İmicimi təmizləməyə çalışmayacağam. Çox xoşbəxtəm” deyib.
Jerar Pike Şakira ilə bağlı sualları cavablandırmaq istəməyib: "Hər bir valideyn öz övladları üçün ən yaxşısını etməyə borcludur. Bu, onları qorumaqdır. Mən buna diqqət yetirirəm və bu, bir ata kimi mənim işimdir. Öldüyüm gün arxama baxdığımda ümid edirəm ki, istədiyim hər şeyi etmiş olacağam. Özümə qarşı dürüst olmaq istəyirəm. İmicimi təmizləmək üçün pul xərcləməyəcəyəm. Narahat olduğum və sevdiyim insanlar məni tanıyan insanlardır. Başqalarına əhəmiyyət vermirəm. Enerjimi bu insanlarla olmaq üçün sərf edirəm. Mən çox xoşbəxtəm. Həyatımda bəzi dəyişikliklər oldu, amma xoşbəxtliyimi necə qorumalı olduğumu bildim”. 
Qeyd edək ki, 36 yaşlı Pike və 46 yaşlı Şakira 11 illik vətəndaş nikahından sonra ayrılıblar. Onların iki oğlu var. Cütlük 2022-ci ilin yayında ayrılıb. Buna səbəb futbolçunun müğənniyə 23 yaşlı Klara Çia ilə xəyanət etməsi olub.
 





Gundelik-Baku.Org