Mingəçevirdə güclü külək iri ağacları aşırdı - Fotolar

Mingəçevirdə güclü külək iri ağacları aşırdı - Fotolar
Mingəçevirdə qəfil güclənən külək nəticəsində şəhərin bir neçə küçə və prospektində, park və xiyabanlarında iri gövdəli ağaclar kökündən qopub.
Təbiət hadisəsi zamanı şəhərin Sahil parkı ərazisində nəhəng sərv ağacı aşıb.
Xoşbəxtlikdən iri ağac yaxınlıqdakı iaşə obyektinin üzərinə düşməyib. Uzunluğu 10 metrdən artıq olan yaşıl ağac asfalt qatı, bardürləri, həmçinin elektrik naqillərini də yerindən tərpədib.
Şəhər sakini Elşən Ələsgərov bildirib ki, güclü külək şəhərin Heydər parkında da iri şam ağacını aşırıb:
“Nəhəng ağac piyadaların hərəkət etdiyi hissəyə düşüb. Təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, bir neçə ağacın iri budaqları sınaraq zərər görüb”.
Gundelik-Baku.Org