Quba, Qusar və Xaçmazda 35 yol qəzası olub

Quba, Qusar və Xaçmazda 35 yol qəzası olub
Son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı  Qusarda 7 (07.01.23 - 2- 08.01.23 - 5) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.
Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, Xaçmazda 13 (07.01.23 - 4 - 08-01-23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib.
Qubada 15 (07.01.23 - 6 - 08.01.23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb,  27 avtomobilə zərər dəyib.
Gundelik-Baku.Org