Şahin Bağırov keçmiş vergi işçisini idarə rəisi TƏYİN ETDİ

Şahin Bağırov keçmiş vergi işçisini idarə rəisi TƏYİN ETDİ
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK-nin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, Bədəlov Eldar Mülküm oğlu DGK-nin Avtomobil Nəqliyyatı idarəsinin rəisi təyin edilib. Eldar Bədəlov bundan əvvəl Dövlət Vergi Xidmətində işləyib.
Xatırladaq ki, adıçəkilən idarənin keçmiş rəisi Simurq Cəfərov bir müddət əvvəl işdən çıxarılıb.
Gundelik-Baku.Org