Vilayət Eyvazov Səhlab Bağırovun yerinə onu TƏYİN ETDİ

Vilayət Eyvazov Səhlab Bağırovun yerinə onu TƏYİN ETDİ
Əlahiddə Çevik Polis Alayına yeni komandir təyin edilib. 
Oxu.Az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 
Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Ramil Piriyev təyin edilib. 
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev təsdiq edib.
Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının sabiq komandiri polis general-mayoru Səhlab Bağırov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.
Gundelik-Baku.Org