Vilayət Eyvazov Ramil Usubovun qardaşı oğlunu işdən AZAD ETDİ

Vilayət Eyvazov Ramil Usubovun qardaşı oğlunu işdən AZAD ETDİ
Yasamal Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Hikmət Usubov vəzifəsindən azad edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmri imzalayıb. Xatırladaq ki, o, bundan əvvəl Nizami rayon 24-cü polis bölməsinin rəisi işləyib.
Hikmət Usubov saytımıza açıqlamasında məlumatı təsdiqləyib.
Qeyd edək ki, Hikmət Usubov sabiq daxili işlər naziri, hazırda Təhlükəsizlik Şurasının katibi olan general-polkovnik Ramil Usubovun qardaşı oğludur.
Gundelik-Baku.Org