Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını nə vaxt açıqlayacaq?

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını nə vaxt açıqlayacaq?
Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarının elan olunacağı tarix açıqlanıb.
AMB xəbər verir ki, AMB idarə heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı mayın 3-də saat 11:00-də açıqlanacaq.
Xatırladaq ki, martın 29-da Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25 artıraraq 8,75 faizə çatdırmaq barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9,5 faizdən 9,75 faizə, aşağı həddi isə 6,75 faizdən 7 faizə çatdırılıb.
Gundelik-Baku.Org