“Səfirliyimizə hücum beynəlxalq terror əməlidir” - Elman Nəsirovdan TƏKLİF

“Səfirliyimizə hücum beynəlxalq terror əməlidir” - Elman Nəsirovdan TƏKLİF
“Səfirliyimizə qarşı hücum sadəcə terror hadisəsi deyil, eyni zamanda beynəlxalq terror əməlidir.”
 
Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Elman Nəsirov səsləndirib. 
 
“Düşünürəm ki, Milli Məclisin İranla dostluq qrupunun fəaliyyəti dondurulmalıdır. Onun yenidən fəaliyyətə başlaması isə İranın ölkəmizə qarşı mövqeyindən asılı olmalıdır. Eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları İranın Azərbaycandakı şəbəkəsinin 40-a yaxın üzvünü saxlayıb. Bu o deməkdir ki, İran Azərbaycana qarşı təkcə terrora əl atmır, eyni zamanda daxilimizdə öz şəbəkəsini yerləşdirib”, - deyə deputat əlavə edib.  
Gundelik-Baku.Org