Naxçıvan Ali Məclisində daha bir iclas

Naxçıvan Ali Məclisində daha bir iclas
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iqtisadi siyasət komitəsinin iclası keçirilib.
İclasda Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında layihə, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcə layihəsi və işsizlikdən sığorta fondunun 2023-cü il büdcə lahiyəsi müzakirə olunub.
Müzakirələrdən sonra büdcə layihələrinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasına təqdim olunması üçün qərar qəbul edilib.
Gundelik-Baku.Org