Faiq Ağayevdən ad günü paylaşımı - Bundan sonra da belə olacaq

Faiq Ağayevdən ad günü paylaşımı - Bundan sonra da belə olacaq
Dekabrın 29-da  Xalq artisti Faiq Ağayevin 51 yaşı tamam olur.
Müğənni sosial şəbəkə hesabında paylaşım edərək  “Budur, artıq 29 dekabr gəldi! Ad günümdə sizinlə sevə-sevə görüşə gəlirəm. Hörmət, rəğbət və səmimi məhəbbətinizə layiq olmağa daima var gücümlə çalışmışam.
Bundan sonra da belə olacaq. Çünki əvəzsiz, qiymətli, hava, su qədər vacibsiniz mənim üçün!
Yaxşı ki, varımsınız! Təbriklərə görə təşəkkür, əzizlərim!” sözlərini yazıb.
O bildirib ki, 29 dekabrda ad günü münasibətilə bir neçə televiziya proqramına qatılacaq.
Gundelik-Baku.Org