"Real" sabiq müdafiəçisini geri qaytara bilər

"Real" sabiq müdafiəçisini geri qaytara bilər
"Mançester Yunayted"in müdafiəçisi Rafael Varan "Real Madrid"ə keçə bilər.
Bu barədə jurnalist Kristian Falk xəbər verir.
Mənbənin məlumatına görə, Madrid klubu David Alaba zədələndiyi üçün keçmiş müdafiəçisinin xidmətində maraqlıdır.
Avstriya millisinin oyunçusunun sol dizinin ön çarpaz bağı yırtılıb və mövsümün qalan hissəsini sıradan çıxarıb.
Xatırladaq ki, Varan 2011-2021-ci illərdə "Real Madrid"də çıxış edib. Kral klubunun tərkibində Fransa millisinin üzvü 3 dəfə İspaniya çempionu və 4 dəfə Çempionlar Liqasının qalibi olub.
2021-ci ilin yayından fransız futbolçu "Mançester Yunayted"də çıxış edir. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.
"Transfermarkt" portalı oyunçunu 25 milyon avro qiymətləndirir.
Gundelik-Baku.Org