Portuqaliya mətbuatı: "Türkiyə ikinci səbətdə yer alan ən güclü rəqiblərdən biridir"

Portuqaliya mətbuatı: "Türkiyə ikinci səbətdə yer alan ən güclü rəqiblərdən biridir"
Portuqaliya və Çexiya mətbuatında AVRO-2024-ün qrup mərhələsi çərçivəsində onlarla eyni qrupda yer alan Türkiyə millisi barədə maraqlı afişa diqqət çəkib. 

Xəbərdə "Türkiyə ikinci səbətdə yer alan komandalar arasında ən güclü rəqiblərdən biridir", - deyə qeyd olunub.

Türkiyənin güclü oyun quruluşu və azarkeş dəstəyi də vurğulanıb.

Çexiya millisinin kapitanı Tomas Soucek türk futbolunun yüksəlişdə olduğunu bildirib: "Komandalardan biri bilinməsə də, balanslı bir qrup olacağını düşünürəm. Türkiyə son zamanlar yüksəlişdədir. Gənc oyunçularla yaxşı dövr keçirirlər, bir il əvvəl onlara qarşı oynamışdıq. Şübhəsiz ki, çox çətin bir rəqibdir, amma onlara qarşı müvəffəqiyyətli olmaq şansımız olduğuna inanıram".

Türkiyə-Çexiya matçına (26 iyun 2024) ev sahibliyi edəcək Hamburq şəhərinin qəzetləri də püşkatmada Türkiyənin bu bölgəyə seçilməsini müsbət qarşılayıb.
Gundelik-Baku.Org