Azərbaycan millisinin İtaliya, Serbiya, Çexiya və Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

Azərbaycan millisinin İtaliya, Serbiya, Çexiya və Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
Azərbaycan minifutbol millisinin mayın 1-dən 6-dək Bakıda ulu öndər Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək heyəti açıqlanıb.
Azərbaycan Minifutbol Federasiyasının yaydığı məlumata görə, yığmanın baş məşqçisi Elşad Quliyev turnirdə iştirak etmək üçün yığmaya 19 oyunçu dəvət edib.
Azərbaycan millisi A qrupunda Çexiya (1 may), İtaliya (2 may), Gürcüstan (3 may) və Serbiya (4 may) ilə qarşılaşacaq. Digər qrupda isə Fransa, Ukrayna, Qazaxıstan, Türkiyə və CAR yer alıblar.
Gundelik-Baku.Org