Türkiyə və Azərbaycan Qızıl Aypara cəmiyyətləri qanvermə aksiyası keçirəcəklər

Türkiyə və Azərbaycan Qızıl Aypara cəmiyyətləri qanvermə aksiyası keçirəcəklər
Azərbaycan və Türkiyə arasında güclü qardaşlıq bağını vurğulamaq məqsədilə “Qanımız Bir, Canımız Bir” şüarı ilə Mərkəzi Qan Bankında Türkiyə və Azərbaycan Qızıl Aypara cəmiyyətləri tərəfindən qanvermə aksiyasının keçirilməsi planlaşdırılır. 
Aksiya Türkiyə təşkilat nümayəndələri və işçiləri, müşavirlər, iş adamları və universitet tələbələrinin iştirakı ilə 25 oktyabr saat 10:00-da baş tutacaq.
Məlumata görə, aksiyada Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və deputat Məlahət İbrahimqızı da iştirak edəcəklər. 
Gundelik-Baku.Org